0
Tuesday 6 June 2023 - 21:31

Macarıstan: Rusiyaya qarşı sanksiyalar AB-ni ABŞ qarşısında zəiflədir

Story Code : 1062330
Macarıstan: Rusiyaya qarşı sanksiyalar AB-ni ABŞ qarşısında zəiflədir
TASS xəbər verir ki, Macarıstanın xarici işlər naziri Avropanın Rusiyaya qarşı sanksiya yanaşmasının mənfi nəticələri barədə xəbərdarlıq edib.

Bu barədə çərşənbə axşamı Macarıstanın xarici işlər naziri Peter Siarto deyib: "Avropa Birliyində sanksiya yanaşması onun ABŞ-a qarşı rəqabət qabiliyyətini zəiflədir. Çünki bu ölkə Ukraynadakı münaqişənin nəticələrini Avropadan qat-qat az hiss edir."

Macarıstanın xarici işlər naziri Budapeştdə keçirilən beynəlxalq sülh toplantısında vurğulayıb: Aİ sanksiyalarla özünü zəiflədə bilər, çünki o, artıq Avropa iqtisadiyyatını ciddi şəkildə sarsıdıb və onun enerji təhlükəsizliyini təhlükə altına alıb.

Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları öz məqsədinə çatmayıb və Ukraynadakı münaqişəyə son qoymayıb, sadəcə olaraq Avropada və dünyada ciddi iqtisadi problemlər yaradıb.