QR CodeQR Code

Haaretz: İsrail ordusu 2 ildir uğursuzluqlarını təkrarlayır

إسلام تايمز , 7 Jun 2023 20:34

İslamTimes: “Haaretz” qəzeti Misirlə sərhəddə sionist əsgərlərin öldürülməsini işğalçı rejim ordusunun yeni uğursuzluğu kimi qiymətləndirib və bu uğursuzluqların 2 ildir təkrarlandığını yazıb.


“Əl-Cəzirə” saytı Haaretz-ə istinadən yazıb:  Bu İbrani qəzetinin yazarı "Amos Haril"in hazırladığı xəbərdə İsrail Ordusunun Cənub Komandanlığı və bölgə birliyinin bu hadisənin vəziyyəti ilə bağlı araşdırmaya başladığı bildirilir.

“Haaretz”ə danışan zabitlər qəzanın nəticəsinin İsrail ordusunun baş qərargahında narahatlığa səbəb olduğunu və sionist hərbçilərin işində çoxlu problemlər yaratdığınaa dair məlumat veriblər.

Bu barədə Haaretz yazır: Verilən və indi araşdırılacaq ilk suallar arasında: Qoşunların necə yerləşdirildiyi və iki əsgərin öldürülməsindən sonra müvafiq idarələrə xəbərdarlıq edilmədən bir neçə saat keçməsinə baxmayaraq, patrul və nəzarət-buraxılış məntəqələri ilə əlaqə saxlamaq üçün niyə yoxlamaların aparılmadığı aydın deyil.


Story Code: 1062522

News Link :
https://www.islamtimes.org/az/news/1062522/haaretz-israil-ordusu-2-ildir-uğursuzluqlarını-təkrarlayır

Islam Times
  https://www.islamtimes.org