0
Wednesday 7 June 2023 - 21:51

İran, Çin və Pakistan antiterror danışıqları aparıblar

Story Code : 1062525
İran, Çin və Pakistan antiterror danışıqları aparıblar
Reuters-in məlumatına görə, Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, bu gün Pekində İran, Çin və Pakistanın terrorla mübarizə mövzusunda ilk üçtərəfli görüşünü keçirdiklərini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyilir: "Üç ölkə terrorizmlə mübarizənin regional vəziyyəti ilə bağlı dərin fikir mübadiləsi aparıb və bu görüşü mütəmadi olaraq keçirmək qərarına gəliblər."

Hələlik bu təhlükəsizlik görüşünün mövzuları haqqında daha ətraflı məlumat mediaya açıqlanmayıb.