0
Thursday 8 June 2023 - 13:32

Patruşev: ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir

Story Code : 1062649
Patruşev: ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, ABŞ və Böyük Britaniyanın Ukrayna münaqişəsində ölən insanlara heyfi gəlmir.

Patruşev onu da qeyd edib ki, Ukrayna rəhbərləri sülh müqaviləsi bağlamağa hazır olublar, lakin ABŞ-ın təzyiqinə görə bundan imtina ediblər.

"ABŞ Rusiyanı zəiflətmək istəyir, lakin onların son məqsədi Çindir. ABŞ dünyaya hakim ola bilməyəcək", - Patruşev vurğulayıb.

Rusiya TŞ katibi KTMT Təhlükəsizlik Şurasının katiblərinin Minskdə keçirilən iclasda Lukaşenkodan regionda və dünyada vəziyyətlə bağlı faydalı məlumatlar aldığını da əlavə edib.