0
Saturday 10 June 2023 - 00:05

Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirin həbs müddəti uzadılıb

Story Code : 1062963
Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirin həbs müddəti uzadılıb
APA xəbər verir ki, yolu azaraq Naxçıvan Muxtar Respublikası ərazisindən Ermənistan ərazisinə keçən 2 Azərbaycan əsgəri - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı cinayət məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb. Onlar bir qrup şəxslə qabaqcadan əlbir olaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursatın qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunublar. Axundova əlavə olaraq Ermənistan vətəndaşını öldürmə ittihamı da irəli sürülüb.

Qafanda keçirilən prosesə jurnalistlər buraxılmayıb.