QR CodeQR Code

Britaniyanın müdafiə naziri istefa verib

15 Oct 2011 02:53

IslamTimes - Böyük Britaniyanın müdafiə naziri Liam Foks vəzifəsindən sui-istifadə ilə bağlı qalmaqalın fonunda tutduğu postdan istefa verib.


Qalmaqal KİV-də Foksun dostu Adam Uerritiyə nazirliyə daxil olmağa icazə verməsi barədə məlumatlar çap olunandan sonra başlayıb. Uerriti bir sıra xarici səfərlərdə də Foksu müşayiət edərək özünü onun müşaviri kimi təqdim edirmiş.

Baş nazir Devid Kemeronun təşəbbüsü ilə Foks barəsində xidməti araşdırma başlayıb. /apa/


Story Code: 106333

News Link :
https://www.islamtimes.org/az/news/106333/britaniyanın-müdafiə-naziri-istefa-verib

Islam Times
  https://www.islamtimes.org