QR CodeQR Code

Mahmud Abbas: "İsrail öz müstəmləkəçilik siyasətindən əl çəkən deyil"

15 Oct 2011 06:41

IslamTimes - Fələstin Muxtariyyətinin lideri Fransada belə bəyanatla çıxış edib.


Anspress xəbər verir ki, Yaxın Şərq sülh danışıqlarının bərpası cəhdləri fonunda Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas Fransaya səfər edib. Fransa prezidenti Nikolya Sarkozi ilə görüşən Mahmud Abbas mətbuat nümayəndələrinə açıqlama verib. Fələstin lideri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələri inşa edən İsrailin öz müstəmləkəçilik siyasətindən əl çəkmədiyini deyib.

"Görünür, İsrail müstəmləkəçiliyini davam etdirməkdə qətiyyətlidir. Bu günə qədər işğal olunmuş torpaqlarda yeni yaşayış məntəqələrinin tikilməsi üçün 2600-dən çox təklif olub, bunlardan sonuncusu iki həftə öncə təklif edilib. Bu onu göstərir ki, İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq hüquqa ciddi yanaşmır və sülh istəmir", - Mahmud Abbas belə deyib.

Qeyd edək ki, Fələstin 1967-ci il sərhədlərinin saxlanması və Şərqi Qüdsün paytaxt olması şərti ilə Fələstin dövlətini yaratmaq istəyir. Sentyabrda Mahmud Abbas BMT-yə tam hüquqlu üzv olmaq üçün ərizə ilə müraciət edib. Fələstin Muxtariyyətinin müraciəti İsrail və ABŞ-ın kəskin etirazına səbəb olub. ABŞ da İsrail kimi, Fələstin dövlətinin yalnız danışıqlar nəticəsində yaradıla biləcəyini bəyan edir.


Story Code: 106344

News Link :
https://www.islamtimes.org/az/news/106344/mahmud-abbas-israil-öz-müstəmləkəçilik-siyasətindən-əl-çəkən-deyil

Islam Times
  https://www.islamtimes.org