QR CodeQR Code

İran və Səudiyyə Ərəbistanı birgə iqtisadi komitə yaratdı

Sahartv , 18 Jun 2023 09:07

İslamtimes -İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri birgə siyasi və iqtisadi komitələrin yaradılması barədə razılığa gəliblər.


Ötən gün (şənbə günü) Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl Bin Fərhan arasında birgə mətbuat konfransı keçirilib.
Məlumata görə, İranın xarici işlər naziri Səudiyyə Ərəbistanının xarici işlər nazirinin Tehrana səfərindən məmnunluğunu bildirərək deyib ki, " Tehran, Ər-Riyad, Ciddə və Məşhəddə iki ölkənin səfirlik və konsulluqları yenidən açılıb və onlara səfirlər təyin edilib və hazırda onların diplomatik işləri görülür.
Səudiyyə Ərəbistanının xarici işlər naziri də bu görüşdə bildirib ki, " Biz diplomatik tədbirləri davam etdirməyə çalışırıq və indi görürük ki, İranın İslam Əməkdaşlıq Təşkilatındakı səfirliyi, konsulluğu və nümayəndəliyi yenidən açılıb və qarşılıqlı olaraq Səudiyyə Ərəbistanının İrandakı səfirliyi tezliklə açılaraq öz fəaliyyətinə başlayacaq.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Tehranda Səudiyyə səfirliklərinin yenidən açılmasına şərait yaratdığına görə İrana təşəkkürünü bildirib və iki tərəf arasında münasibətlərin normala dönməsinin lazımlığını deyərək, hər iki tərəfin regionun mühüm təsir edici güc hesab olunduğunu nəzərə çatdırıb.
 


Story Code: 1064611

News Link :
https://www.islamtimes.org/az/news/1064611/iran-və-səudiyyə-ərəbistanı-birgə-iqtisadi-komitə-yaratdı

Islam Times
  https://www.islamtimes.org