QR CodeQR Code

Sionistlər fələstinli gəncləri məyus etmək istəyirlər

Sahartv , 20 Jun 2023 14:53

Islamtimes - İran İslam Respublikası prezidenti Fələstin İslami Cihad Hərəkatının baş katibi və bu hərəkatın liderlərindən bir qrupu ilə görüşdə vurğulayıb ki, sionistlər fələstinli gəncləri məyus etmək istəyirlər.


SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi/ Ziyad Əl-Nəxalə və onu müşayiət edən heyətlə görüşdə deyib: Bir zamanlar sionist rejimin işğalı və zülmündən xilas olmaq üçün fələstinlilərin bir hissəsinin ümidi müzakirə masalarına idi. Bu gün isə hamı, hətta müzakirə tərəfdarları belə,/ müqavimət qüvvələri və mübarizlərinə ümid gözü ilə baxırlar.
İran prezidenti əlavə edib: Bu gün fələstinli mübarizlər təşəbbüsü ələ alıblar. Bu böyük qələbə ilahi hədiyyə olub, sionist rejimin və bu rejimin himayədarlarının zorakılığı və zülmü qarşısında müqavimət və problemlər qarşısında səbirlilik hesabına/ başıuca Fələstin xalqına nəsib olub.
Rəisi/ Fələstinin gənc nəslini işğal olunmuş ərazilərin geri alınmasından məyus etməyi/ sionistlərin bəzi ərəb və islami ölkələrlə münasibətləri normallaşdırmaq üzrə səylərindəki məqsədlərindən biri adlandırıb və əlavə edib ki: Bu səylər bir nəticə verməyəcək, çünki münasibətlərin normallaşdırılmasının birinci və ən ciddi müxalifləri, məhz həmin ölkələrin xalqlarıdırlar.
Bu gün Fələstin xalqı hər zamandakından daha müttəfiqdir. Bunun müqabilində, sionist cəmiyyət daha dağınıq və daha pərakəndədir və onun tənəzzül etməsinin nişanələri üzə çıxıbdır- deyən Rəisi vurğulayıb: Bu gün region xalqlarından tutmuş/ Latın Amerikası ölkələrinin xalqlarınadək/- dünya xalqlarının ürəkləri sizə yönəlib. Bu, Allahın lütfü, həmçinin müqavimət cərəyanı şəhidləri, o sıradan şəhid Hacı Qasım Süleymaninin qanlarının bərəkətidir.
Yekun qələbə çox yaxın olub, başıuca Fələstin xalqına aiddir- deyə, Rəisi vurğulayıb.
Ziyad Əl-Nəxalə də öz növbəsində, Fələstin xalqının İran İslam Respublikasının müntəzəm himayələrinə görə minnətdar olduğunu deyib. Bildirib ki: Bu gün İran İslam Respublikası/ regional və qlobal anlaşmalarda/ mühüm və təyinedici bir ölkədir.
 


Story Code: 1065019

News Link :
https://www.islamtimes.org/az/news/1065019/sionistlər-fələstinli-gəncləri-məyus-etmək-istəyirlər

Islam Times
  https://www.islamtimes.org