0
Saturday 15 October 2011 - 19:15

"Mənə sui-qəsd olmayıb!"

Story Code : 106532
"Mənə sui-qəsd olmayıb!"
"Mənə sui-qəsd olmayıb!"
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Ərəbistanın Ərəb Liqasında da daimi üzvü hesab olunan Əhməd Əbdül-Əziz Qəttan terrora məruz qalması ilə bağlı bütün xəbərləri təkzib edərək, hal-hazırda sağ salamat olduğunu bildirib.

Cümə axşamı günorta saatlarında Ərəbistan və digər ərəb dilli ölkələrin KİV-i Səudiyyə Ərəbistanının Təhlükəsizlik Nazirliyinə istinadən Ərəbistanın Qahirədəki səfirinin terrora uğraması barədə xəbər yayıb.

Ərəb dilli şəbəkələr Əhməd Əbdül-Əziz Qəttanın zəhərlənmə yolu ilə terror edildiyini və ağır vəziyyətə xəstəxanaya çatdırıldığını yazıb. Bu şəbəkələr hətta fürsətdən istifadə edərək terrorda İran İslam Respublikasının da əlinin olduğunu bildirib.
Comment