QR CodeQR Code

Daha bir günahsız insana sifarişli hökm oxundu

Müsəlman Birliyi Hərəkatının üzvü 4 il azadlıqdan məhrum edilib

Sahartv , 8 Jul 2023 14:20

İslamtimes - Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü, bir il öncə külli miqdarda narkotik maddə alveri ittihamı ilə həbs edilmiş 41 yaşlı Mahir Əzimovun işi üzrə proses başa çatıb.


Turan Xəbər Agentliyinin məlumatına əsasən, məhkəmə prosesi başa çatdıqda məhkəmə “narkotik maddənin qanunsuz hazırlanması, istehsalı, əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və ya satıışı” maddəsinə istinad olunaraq Əzimova 4 il həbs cəzası verib.
Əzimov özü ittihamları rədd edib və bildirib ki, narkotik maddələri onun üzərinə polis məmurlarının özləri qoyublar.
Onun sözlərinə görə, polis ondan Müsəlman Birliyi Hərəkatından imtina etməyi tələb edib, əks halda cinayət işilə hədələyib.
Müdafiə tərəfi hesab edir ki, Əzimovun günahına dair səhih dəlillər təqdim edilməyib.
Vəkil Zibeydə Sadıqova bildirib ki, Əzimovun barədində hökmdən Apellyasiya Məhkəməsinə şikayət veriləcək.
Müsəlman Birliyi Hərəkatında hesab edirlər ki, Mahir Əzimovun təqib edilməsi siyasi motivlidir. Hərəkatda qeyd ediblər ki, hazırda təşkilatın 60-dan çox fəalı, o cümlədən lideri Taleh Bağırzadə həbsdədir. O, 2015-ci ildə Nardaranda xüsusi əməliyyat zamanı həbs edilib və 20 il azadlıqdan məhrum edilib.
 


Story Code: 1068336

News Link :
https://www.islamtimes.org/az/news/1068336/müsəlman-birliyi-hərəkatının-üzvü-4-il-azadlıqdan-məhrum-edilib

Islam Times
  https://www.islamtimes.org