"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Çikaqo polisi şənbə günü təqribən 175 nəfər etirazçını həbs edib. "Çikaqonu işğal et" qrupundan olan etirazçılar Qrent Park məntəqəsini tərk etməyəcəyini bildirib.
Şənbə günü sayı 2 min nəfərdən çox olan, "Wall-streetin zəbti" qrupundan ilham almış əhali Federal Bankdan Qrent Park məntəqəsinə doğru hərəkət edib.
Çikaqodan əlavə Nyu-Yorkda da 90 nəfərin həbs edildiyi bildirilir. Bütün təzyiqlər və həbslərə baxmayaraq ABŞ əhalisi etiraz aksiyalarını davam etdirəcəyini bildirib.