QR CodeQR Code

Çikaqo və Nyu-Yorkda 265 etirazçı həbs olundu

16 Oct 2011 22:44

IslamTimes - Təzyiqlər və həbslərə baxmayaraq ABŞ əhalisi etiraz aksiyalarını davam etdirəcəyini bildirib.


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Çikaqo polisi şənbə günü təqribən 175 nəfər etirazçını həbs edib. "Çikaqonu işğal et" qrupundan olan etirazçılar Qrent Park məntəqəsini tərk etməyəcəyini bildirib.

Şənbə günü sayı 2 min nəfərdən çox olan, "Wall-streetin zəbti" qrupundan ilham almış əhali Federal Bankdan Qrent Park məntəqəsinə doğru hərəkət edib.

Çikaqodan əlavə Nyu-Yorkda da 90 nəfərin həbs edildiyi bildirilir. Bütün təzyiqlər və həbslərə baxmayaraq ABŞ əhalisi etiraz aksiyalarını davam etdirəcəyini bildirib.


Story Code: 106875

News Link :
https://www.islamtimes.org/az/news/106875/çikaqo-və-nyu-yorkda-265-etirazçı-həbs-olundu

Islam Times
  https://www.islamtimes.org