QR CodeQR Code

Boşanmalara görə Avropa ölkələri və ABŞ liderdir

18 Oct 2011 03:27

IslamTimes - Azərbaycanda da son illər boşanmaların sayı kəskin artımla davam edir. Bu, ölkə üçün çox ciddi bir problemə çevrilib.


Son illərdə ölkədə qeydə alınan hər 5 nikahdan biri boşanma ilə nəticələnir. Təkcə 2011-ci ilin ilk altı ayında ölkədə 39 803 nikah bağlanıb, 5 335 nikah isə pozulub. Bunu statistikaya çevirərsək, o deməkdir ki, hazırda Azərbaycanda hər min nəfərə 1,2 boşanma düşür. Xatırladaq ki, cəmi 10 il öncə Azərbaycanda boşanmaların sayı indikindən 2 dəfə az olub. Başqa sözlə desək, 2001-ci ildə boşanma sayı 5382 ədəd olmuşdusa, bu ilin təkcə ilk yarısında bu qədər boşanma (5335) qeydə alınıb. Bu da göstərir ki, ölkəmizdə boşanma halı sürətlə yayılmaqdadır və bu da möhkəm ailə prinsipləri ilə tanınmış Azərbaycan üçün həddən artıq narahatedici faktlardır.

Boşanma sayına görə ilk yerdə İngiltərə, Uels, ABŞ, Yeni Zelandiya, Kanada, Rusiya, Ukrayna kimi ölkələr gəlir. Bu ölkələrdə hər min nəfərə 3-5, İngiltərədə isə hətta 10-13 boşanma düşür.

Ən az boşanma isə Monqolustan, Liviya, İran, Tacikistan, Braziliya, Türkiyə, Gürcüstan, Makedoniya, Bosniya-Herseqovina kimi ölkələrdədir.


Ən çox boşanma qeydə alınan 20 ölkə:

ABŞ
B. Britaniya
Puerto-Riko
Rusiya
Danimarka
Yeni Zelandiya
Ukrayna
Kuba
Belarus
Litva
İsveç
Latviya
Çexiya
Estoniya
Macarıstan
Norveç
Avstraliya
Kanada
Lüksemburq
Almaniya


Ən az boşanma qeydə alınan 20 ölkə:

Liviya
Şri-Lanka
Gürcüstan
İran
Bosniya-Herseqovina
Monqolustan
Braziliya
Özbəkistan
İtaliya
Meksika
Panama
Türkiyə
Yamayka
Çili
Suriya
Yunanıstan
Çin
Sinqapur
Albaniya
Portuqaliya


Story Code: 107208

News Link :
https://www.islamtimes.org/az/news/107208/boşanmalara-görə-avropa-ölkələri-və-abş-liderdir

Islam Times
  https://www.islamtimes.org