Niger Fransaya uran və qızıl ixracını qadağan etdi
Story Code : 1072870
BBC xəbər kanalının məlumatına görə, Nigerdə yeni hakimiyyət Fransaya uran və qızıl ixracını qadağan edib.
Niger dünyanın yeddinci uran istehsalçısıdır. Afrika ölkəsinin mediası bu uranın təxminən 15-17%-nin Fransada elektrik enerjisi istehsalında istifadə edildiyini yazıb.
Bu arada Almaniya və İspaniya bu ölkədə baş verən çevrilişdən sonra bu yaxınlarda Nigerlə əməkdaşlığı dayandırmaq qərarına gəliblər.
Fransa Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Paris də bu ölkədə konstitusiya nizamı bərpa olunana qədər Nigerə maliyyə dəstəyi proqramlarını dayandırıb.
Ötən çərşənbə günü Niger Respublikası prezident qvardiyası bu ölkənin paytaxtı Niameydəki prezident sarayını mühasirəyə alaraq, Nigerin seçilmiş prezidenti Məhəmməd Bazumun ofisini və iqamətgahını bağlayaraq üsyan və hərbi çevrilişə başlayıblar.
Xarici müdaxiləyə etiraz edənlər ikinci gündür ki, Fransanın Nigerdəki səfirliyi qarşısında toplaşıb, minlərlə insan isə Nigerdəki yeni hərbi hökmdarları dəstəkləmək üçün Fransa əleyhinə plakatlar və şüarlar səsləndirib.