0
Saturday 29 August 2009 - 22:55
Türkiyə prezidenti:

İRI TÜRKIYƏ BIZNESI TÜRKMƏNISTANA KAPITAL QOYMAĞA HAZIRDIR

Story Code : 10729
İRI TÜRKIYƏ BIZNESI TÜRKMƏNISTANA KAPITAL QOYMAĞA HAZIRDIR
Bu barədə bu gün Türkmənistan KİV-i Türkiyə prezidenti Abdullah Gülün sözlərinə istinadən məlumat verib.

Onun təklifi ilə bir gün əvvəl Türkmənistan rəhbəri Qurbanqulı Berdımuhəmmədov Antalyada olub, investisiya forumunda iştirak edib. Burada Türkiyənin aparıcı iqtisadi sahələrinin rəhbərləri, o cümlədən Energetika və Təbbi Resurslar, Mədəniyyət və Turizm nazirləri, eləcə də bir sıra aparıcı şirkətlərin rəhbərləri bir araya gəliblər.

"Türkiyə şirkətlərinin Türkmənistanda müxtəlif sahələrdə, xüsusən də turizm sənayesində həyata keçirilən layihələrdə iştirakından iftixar hissi duyuruq", - Gül deyib.

Berdımuhəmmədovun sözlərinə görə, ölkədə biznesin uğurlu inkişafı üçün hər bir şərait yaradılır - qanunvericilik təkmilləşdirilir, investisiya fəaliyyəti stimullaşdırılır. "Və əlbəttə ki, bunun üçün ən geniş imkanları təbii resursların zənginliyi, ölkənin əlverişli coğrafi mövqeyi açır", - prezident deyib.

Türkiyə və Türkmənistanın fəal əmtəə dövriyyəsi var. 2008-ci ildə o, 855 milyon 200 min ABŞ dollarına bərabər idisə, 2009-cu ilin təkcə altı ayı ərzində bu göstərici 700 milyon dollara yaxınlaşıb. Türkmənistanda Türkiyə kapitalı ilə sənaye, tikinti, ticarət, nəqliyyat kimi sahələrdə 536 şirkət fəaliyyət göstərir.
Source : Trend AİA
Comment