QR CodeQR Code

Papa Fransisk:

"Qurani-Kərimin yandırılması həqiqətən vəhşi bir hərəkətdir"

Sahartv , 1 Aug 2023 15:20

İslamtimes - Dünya katoliklərinin rəhbəri Argentina İslam Fondunda dinlərin nümayəndəsinin məktubuna cavab olaraq, Quran-ın yandırılması kimi hərəkətləri insan dialoquna maneə kimi dəyərləndirib.



Ötən həftə Argentina İslam Fondunda dinlərin nümayəndəsi Höccətül-İslam Əbdül Kərim Paz dünya katoliklərinin liderinə ünvanladığı məktubda Qurani-Kərimin təhqir olunmasını pisləyərək, bu hərəkəti İbrahim dinləri arasındakı birliyə zidd adlandırıb. 
Papa Fransisk də cavab olaraq yazıb:
Dr. Əbdül Kərim Paz əziz qardaşım. Məktubunuz üçün çox sağ olun.
Qurani-Kərimin yandırılması hekayəsi həqiqətən də vəhşilikdir. Bu hallar insanlar arasında humanist və yetkin dialoqa ziyan vurur və ona mane olur.
Papa Fransisk bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin "Əl-İttah" qəzeti ilə müsahibədə İsveç hökumətini tənqid edərək, Quranın yandırılmasını pisləmişdi.
 


Story Code: 1073084

News Link :
https://www.islamtimes.org/az/news/1073084/qurani-kərimin-yandırılması-həqiqətən-vəhşi-bir-hərəkətdir

Islam Times
  https://www.islamtimes.org