QR CodeQR Code

Mehdi (ə) zühür etmədimi! (Şer)

islamtimes , 18 Oct 2011 14:35

Islamtimes - Tarix boyu məzlumların səsi tağutları yıxıb və məğlubiyyətini göstərib.


Mehdi(ə) zühür etmədimi!
Zalımların qəlbini titrətməyin
Quranla hökm etməyin
Zülmü sona verməyin
Zamanı yetmədimi
Mehdi(ə) zühür etmədmi !
Məzlumların duası tağutların bəlası
Muhəmmədin sədası zalımların ağası
Mehdi(ə) zühür etmədimi!
Ağlayan körpələrin zindandakı ərlərin
Örpəyi başdan gedən gəlinlərin qızların
Xilaskarı ümidi
Mehdi(ə) zühür etmədi!
Zülm ərşə qalxıbdır İffət əldən gedibdir
Müsəlman tək qalıbdır yuvası talanıbdır
Məmləkət satılıbdır
Mehdi(ə) zühür etmədimi!
Axan şəhid qanları bulaqlara bənzədi
Məscidlər yandırıldı Azan səsi alındı
Mehdi(ə) zühür etmədimi!
Qibləmin ilk ünvanı kafir əlində inlər
Qurana, şəriətə Şeytanlar hücum edər
Mehdi(ə) zühür etmədimi!
Zəhra ağlar tənhalıqda möminlərin halına
Gedib əldən dini imanı millətinin
İblis şahdır, yezid qana susamış
Gözü yolda ümmətin ,
Fəryad sona dirənmiş
Ya Rəbb! Acı bizlərə
Mehdi(ə) zühür etmədimi! Mehdi(ə) zühür etmədimi!

İSLAMTİMES - ZƏHRA


Story Code: 107360

News Link :
https://www.islamtimes.org/az/news/107360/mehdi-ə-zühür-etmədimi-şer

Islam Times
  https://www.islamtimes.org