QR CodeQR Code

Rusiya bombardmançı təyyarələri NATO qırıcılarının əhatəsində

18 Oct 2011 22:31

IslamTimes - Rusiyanın strateji bombardmançı təyyarələri Baltika üzərində uçuş keçirib.


"IslamTimes" "Vz.ru" saytına istinadən xəbər verir ki, Rusiyanın strateji bombardmançı təyyarələri Baltika üzərində uçuş keçirib. Uçuş zamanı NATO qırıcıları havaya qaldırılıb və bordmançı təyyarələri nəzarətdə saxlayıb. Bu barədə Latviya müdafiə naziri Artis Pabriks məlumat verib.

Pabriks xatırladıb ki, hələ 2007-ci ildə Rusiya bu uçuşları planlaşdırırdı. Baltik dənizi üzərində uçuşlar artıq ikinci dəfədir qeydə alınır. Pabriks deyib ki, baş vermiş hadisə Latviya üçün təhlükə yaratmasa da NATO-ya qarşı güc nümayişi kimi dəyərləndirilə bilər.


Story Code: 107426

News Link :
https://www.islamtimes.org/az/news/107426/rusiya-bombardmançı-təyyarələri-nato-qırıcılarının-əhatəsində

Islam Times
  https://www.islamtimes.org