QR CodeQR Code

Amerika əhalisinin etirazı davam edir

18 Oct 2011 23:06

IslamTimes - Nyu-Yorkun əsas meydanlarında ciddi təhlükəsizlik tədbirləri görülür.


"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, Nyu-Yorkun əsas meydanlarında ciddi təhlükəsizlik tədbirləri görülür. Polis qüvvələri ABŞ əhalisinin küçələrdə daha irihəcmli aksiyalar keçirməsinin qarşısını almaq üçün əlindən gələni edir.

Nəzərinizə çatdıraq ki, Amerika xalqı hələ də etiraz aksiyalarını davam etdirərək ölkədə ictimai ədalətin bərqərar olunmasını istəyir. Onlar ABŞ-da iqtisadi böhranın yaranmasının səbəbkarlarının cəzalandırılmasını da tələb edirlər.

ABŞ-da son günlərdə bu günədək görünməmiş aksiyalar keçirilib. Bu etirazlara digər ölkələrdən də dəstəklər başlayıb.


Story Code: 107431

News Link :
https://www.islamtimes.org/az/news/107431/amerika-əhalisinin-etirazı-davam-edir

Islam Times
  https://www.islamtimes.org