QR CodeQR Code

Əhmədinejad ABŞ-ın çirkin planından danışdı

ABŞ İranla Ərəbistan arasında qarşıdurma yaratmaq niyyətindədir

19 Oct 2011 10:31

IslamTimes - ABŞ məntəqəyə nəzarəti ələ almaq üçün Səudiyyə Ərəbistanı ilə İran arasında ixtilaf yaratmaq niyyətindədir.


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, Mahmud Əhmədinejad "Əl-Cəzirə telekanalı ilə müsahibəsi zamanı deyib: "ABŞ məntəqəyə nəzarəti ələ almaq üçün Səudiyyə Ərəbistanı ilə İran arasında ixtilaf yaratmaq niyyətindədir. ABŞ siyasətçiləri bu addımla həm məntəqədəki planlarını problemsiz həyata keçirə bilər, həm də Amerika əhalisinin etiraz aksiyalarının gündəmdən çıxmasına nail ola bilərlər."

İran prezidenti Amerikanın "İran Ərəbistan rəsmisini terror etmək niyyətindədir" ittihamı ilə bağlı deyib: "Bütün bu ittihamlar əsassızdır və öncə qeyd etdiyim ki, ABŞ bu yolla dünyanı ABŞ daxilində baş vermiş hadisələrdən yayındırmaq niyyətindədir."

Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Ərəbistanın Misirdəki səfiri Əhməd Əbdül-Əziz Qəttanın terror edilməsi ilə bağlı xəbər yayılmışdı. Bu terrorun İran hökuməti tərəfindən həyata keçirildiyi iddia edilsə də, Əhməd Əbdül-Əziz Qəttan canlı yayım vasitəsi ilə terrora məruz qalması ilə bağlı bütün xəbərləri təkzib edərək, hal-hazırda sağ-salamat olduğunu bildirmişdi.


Story Code: 107523

News Link :
https://www.islamtimes.org/az/news/107523/abş-iranla-ərəbistan-arasında-qarşıdurma-yaratmaq-niyyətindədir

Islam Times
  https://www.islamtimes.org