0
Wednesday 13 September 2023 - 12:05

Rusiya Əliyev rejiminə diplomatik demarş elan edib

Story Code : 1081461
Rusiya Əliyev rejiminə diplomatik demarş elan edib
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Biz belə qiymətləndirmələri qəbul edə bilmərik, bunlar qəbuledilməz qiymətləndirmələrdir və ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsinə uyğun gəlmir. Ona görə də Azərbaycan tərəfi qarşısında diplomatik demarş həyata keçirilib. Bu barədə hər şeyi dedik. Biz ondan çıxış edirik ki, Bakı ölkəmizin ərazi bütövlüyü məsələlərinə Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində tərəfdaşlarımızın bizdən gözlədiyi eyni hörmətlə yanaşmalıdır. Hesab edirəm ki, azərbaycanlı dostlarımız yeni regionların tarixini yaxşı bilirlər”, - Zaxarova bildirib.

Qeyd edək ki, Azərbaycan XİN 9 sentyabrda bəyanat yayaraq, Ukrayna və Azərbaycanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini açıqlayıb.

“Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir.

Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.

Bu meyarlara cavab vermədiyi üçün Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur”, - bəyanatda bildirilib.
Comment