Hazırkı heyətlərinə ən çox sərmayə yatıran futbol klublarının adları açıqlanıb - SİYAHI
Story Code : 1081481
“Report”un qurumun rəsmi saytına istinadən məlumatına görə, ilk “100-lük”də 19 müxtəlif liqanın komandaları qərarlaşıblar.
Cəmi 4 klubun futbolçuları üçün xərclədiyi ümumi məbləğ 1 milyard avroya çatıb. Onlardan üçü İngiltərə Premyer Liqasının təmsilçiləridir. Siyahıya müvafiq olaraq “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti” başçılıq edirlər.
İlk “100-lüy”ə Türkiyənin də üç klubu düşüb. “Fənərbağça” oyunçularının transferinə 114, “Qalatasaray” 84, “Beşiktaş” isə 54 milyon avro xərc çəkiblər.
İlk “10-luq”:
1. “Mançester Yunayted” (İngiltərə) – 1 milyard 150 milyon avro
2. “Çelsi” (İngiltərə) – 1 milyard 134 milyon
3. “Mançester Siti” (İngiltərə) – 1 milyard 42 milyon