0
Thursday 14 September 2023 - 10:38

Türkiyəyə satdığı qırıcıları təhvil verməyən ABŞ Koreyaya qucaq açır!

Story Code : 1081593
Türkiyəyə satdığı qırıcıları təhvil verməyən ABŞ Koreyaya qucaq açır!
ABŞ Dövlət Departamentinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi bildirib ki, Cənubi Koreyaya 5,06 milyard dollara F-35 qırıcı təyyarələri və müvafiq avadanlıqların mümkün satışı artıq təsdiqlənib.

Məlumata görə, Koreyaya 25 qırıcı satılıb. Maraqlı məqamlardan biri budur ki, ABŞ illərdir Türkiyəyə satdığı qırıcı təyyarələri təhvil verməkdən boyun qaçırır və bu azmış ki, Türkiyənin digər ölkələrdən qırıcı təyyarə almasına mane olmağa çalışır. Bununla bağlı Türkiyə dəfələrlə Rusiyadan Suxo qırıcıları alacağı təqdirdə sanksiyalara məruz qalacağı ilə təhdid edilib.

Qeyd edək ki, Ukrayna müharibəsi səbəbindən ABŞ bu ölkəyə çox sayda silah yollayıb və Amerikada hazırda müdafiə sənayesində böhran yaşanır. Elə bu səbəbdən ABŞ Dövlət Departamenti açıqlama verərək bildirib ki, qırıcıların tədarükü ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək və regionda hərbi balansı dəyişməyəcək.
Comment