0
Thursday 14 September 2023 - 17:31

ABŞ səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Story Code : 1081664
ABŞ səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Səfirə iki amerikalı diplomatın “persona non grata” elan edilməsi və 7 gün ərzində ölkəni tərk etməli olduğu barədə məlumat verilib.

Qeyd edək ki, söhbət ABŞ səfirliyinin birinci katibi C.Sillin və səfirliyin ikinci katibi D.Bernstayndan gedir.

Rusiya, həmçinin ABŞ-a daxili işlərə müdaxilənin qəbuledilməz olduğunu və qəti şəkildə dayandırılacağını bildirib. Xarici İşlər Nazirliyi ümid edir ki, amerikalılar nəticə çıxaracaq və qarşıdurma xarakterli addımlardan çəkinəcəklər.
Comment