İrandan Türkiyəyə mühüm təklif – Abdullahiyan açıqladı
Story Code : 1082356
Teleqraf.com xəbər verir ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ankara və Dəməşqə əlaqələrin normallaşdırılması ilə bağlı planı təklif etdiklərini açıqlayıb.
Hüseyn Əmir Abdullahiyan bildirib ki, ilk növbədə Dəməşqin tələbi ilə türk hərbçilərinin Suriyanın şimalından çıxarılmasını təklif ediblər. Onun sözlərinə görə, bunun müqabilində Türkiyəyə qarşı terror təhlükəsinin qarşısını almaq üçün Suriyanın şimal sərhədlərində qoşun yerləşdirmək təklifini veriblər.
Abdullahiyan İran və Rusiyanın da bu planın təminatçısı olacağını qeyd edib. Türkiyə və Suriyanın bu təklifə necə cavab verdiyi hələ ki bilinmir.
Rusiya xarici işlər naziri Sergey Lavrov da ötən ay Adana razılaşmasını gündəmə gətirmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl terror təhlükəsi tam aradan qalxana qədər Suriyada antiterror əməliyyatlarının davam edəcəyini və qüvvələrin orada qalacağını bildirmişdi.