Qətər əmiri: İsrailin özbaşınalıqlarını davam etdirməsinə izin vermək olmaz
Story Code : 1082701
Əl-Cəzirə telekanalının məlumatına görə, Qətər əmiri Təmim bin Həməd əl-Sani deyib: "Fələstin xalqının İsrail işğalçılarının özbaşınalıqlarının əsiri olaraq qalmasına icazə vermək düzgün deyil."
O, əlavə edib: 21-ci əsrdə işğal artıq aparteid rejimi şəklini almışdır.
Qətər əmiri həmçinin deyib: “Suriya xalqına edilən zülmü” qəbul etmək caiz deyil. Təəssüf ki, bu il Sudanda zorakılıqların şahidi oluruq.
Biz Xartum və Darfurda dinc əhaliyə qarşı törədilən cinayətləri pisləyir və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edirik.