0
Wednesday 20 September 2023 - 18:24

Rusiya XİN: Bu NATO-nun müharibəyə hazırlığıdır”

Story Code : 1082859
Rusiya XİN: Bu NATO-nun müharibəyə hazırlığıdır”
“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, bu təlimlər həm də təxribat və güc nümayişidir: “Bu güc nümayişi Rusiyaya hərbi-siyasi təzyiq cəhdidir. Bunun Rusiya ilə hərbi toqquşmaya hazırlığın bir hissəsi olduğuna şübhə yoxdur”.

Nazir müavininin sözlərinə görə, proseslər Rusiyanın qərb və şimal-qərb sərhədlərinin gücləndirilməsinin vacibliyini göstərir.

Qeyd edək ki, Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer daha əvvəl NATO-nun 2014-cü ildə soyuq müharibədən bəri ən böyük hərbi təlimi keçirəcəyini bildirmişdi.
Comment