0
Thursday 21 September 2023 - 00:01

Kreml: Paşinyan Putinə zəng edib - YENİLƏNİB

Story Code : 1082906
Kreml: Paşinyan Putinə zəng edib - YENİLƏNİB
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Paşinyan Qarabağ ətrafındakı vəziyyətlə bağlı son hadisələri müzakirə ediblər.

Rusiya prezidenti münaqişənin kəskin mərhələsinin aradan qaldırılmasına nail oldunduğunu məmnunluqla qeyd edib.

Putin Rusiya sülhməramlılarının fəal iştirakı ilə hərbi əməliyyatların tam dayandırılması və sentyabrın 21-də Bakı və Xankəndi nümayəndələri arasında danışıqların aparılması haqqında əldə olunan razılaşmanı alqışlayıb. Danışıqların Rusiya sülhməramlı kontingentinin rəhbərliyinin vasitəçiliyi ilə baş tutacağını bildirib.
Comment