Zelenski Lavrovun BMT-də çıxışı zamanı zalı tərk etdi
Story Code : 1082907
"Unikal" xəbər verir ki, Ukrayna prezidentinin BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Rusiya Federasiyasının daimi nümayəndəsi Vasili Nebenzanın başçılıq etdiyi Rusiya nümayəndə heyəti salonda olub. Zelenski ikinci, Lavrov isə 12-ci yerdə çıxış edəcəyi planlaşdırılırdı.
Tədbir başlamazdan əvvəl söz alan Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukrayna prezidentinin iştirakı ilə keçirilən iclasını tamaşa adlandırıb . O, həmçinin əlavə edib ki, Zelenskinin çıxışı şuraya daxil olan ölkələrin liderlərinin çıxışı qarşısında qoyulanda Təhlükəsizlik Şurasının iş proseduru bir nümayəndə heyətinin xatirinə pozulur.