Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Nyu Yorkda BMT Baş Assambleyasının illik debatlarında çıxışı zamanı deyib.
O, Qərb dövlətlərini regionda sabitliyi pozmağa yönəlmiş açıq cəhdlərə görə tənqid edib.
İbrahim Rəisi bildirib ki, bəzi ölkələr Soyuq müharibə ruhunda qlobal səviyyədə bloklar yaratmağa çalışırlar.
İran prezidenti qeyd edib ki, keçmişə qayıdış bütün bəşəriyyət üçün ciddi təhlükədir:
"İran ardıcıl olaraq Şərqlə Qərb arasında yeni çatların yaranmasına qarşıdır və əmindir ki, belə bir ssenarinin qarşısı alınmalıdır".