0
Thursday 21 September 2023 - 13:42

Polşa: Daha çox Ukrayna malına qaadağa qoyacağıq

Story Code : 1083031
Polşa: Daha çox Ukrayna malına qaadağa qoyacağıq
Polşanın baş naziri Mateusz Morawiecki xəbərdarlıq edib ki, Kiyev kənd təsərrüfatı sektorunda münaqişəni inkişaf etdirməyə davam edərsə, bunun nəticələri olacaq.

O deyib: “Mən Ukrayna hakimiyyətinə xəbərdarlıq edirəm ki, münaqişə kəskinləşərsə, biz Polşaya idxalı qadağan olunmuş mallar siyahısına daha çox məhsul əlavə edəcəyik”.

Qeyd edək ki, Ukraynanın İqtisadiyyat Nazirliyi bazar ertəsi günü üç ölkə Polşa, Macarıstan və Slovakiyaya qarşı Ukrayna məhsullarının idxalına qoyulan qadağaya görə Ümumdünya Ticarət Təşkilatına şikayət etdiyini açıqlayıb.