0
Sunday 23 October 2011 - 00:00

Azərbaycan və İran müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Story Code : 108382
Azərbaycan - İran
Azərbaycan - İran
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələr, regional təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əbiyev münaqişə ilə bağlı danışıqların getdiyini və bununla paralel olaraq Azərbaycanın öz ordusunu gücləndirərək torpaqlarının hər an işğaldan azad etməyə hazır olmağının vacibliyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. /Milli.Az/
Comment