QR CodeQR Code

BMT Yəmənlə bağlı qətnamə qəbul edib

23 Oct 2011 00:07

IslamTimes - Salehə mühakimə olunmamaq qarşılığında iqtidardan çəkilməsi təklif edilib


BMT Təhlükəsizlik Şurası Yəməndə iqtidarın nümayişçilərə qarşı aşırı güc tətbiq etməsini qınayıb.

İngiltərənin hazırladığı qətnamə mətnində prezident Əli Abdulla Salehin 33 illik iqtidarını buraxması, bunun qarşılığında mühakimə olunmamasını təmin edən anlaşmanı qəbul etməsi istənilib.

Qərarda Yəməndə iqtidarla yanaşı, müxalifətə də güc tətbiqindən çəkinməsinə dair xəbərdarlıq edilib.

Yəmən iqtidarı BMT-nin qərarından məmnun qalıb, müxalifət isə qərarı tənqid edib.

Yeri gəlmişkən, Sənada hökumət qüvvələri ilə müxalifəti dəstəkləyən əsgərlər arasındakı toqquşmada daha 3 nəfər ölüb. /XezerXeber/


Story Code: 108384

News Link :
https://www.islamtimes.org/az/news/108384/bmt-yəmənlə-bağlı-qətnamə-qəbul-edib

Islam Times
  https://www.islamtimes.org