0
Monday 25 September 2023 - 20:42

Kralı tənqidə görə orta məktəbli qıza 18 il həbs cəzası verildi

Story Code : 1083923
Kralı tənqidə görə orta məktəbli qıza 18 il həbs cəzası verildi
Səudiyyə Ərəbistanında siyasi məhbusların problemləri ilə məşğul olan Əl-Qast insan haqları təşkilatı bu gün ölkənin cinayət məhkəməsinin Mənal Əl-Qafirini Səudiyyə Ərəbistanı hökmdarını tənqid etdiyinə görə 18 il həbs cəzası kəsdiyini açıqlayıb.

Bu insan haqları təşkilatının məlumatına görə, orta məktəbli qızın məhkəməsi həbsindən bir il sonra avqust ayında keçirilib.

Əl Məcd xəbər saytının məlumatına görə, Mənal əl-Qəfiri keçən il sosial şəbəkədə siyasi məhbusları dəstəklədiyi üçün həbs edilib.