0
Wednesday 27 September 2023 - 19:00

Amerika Bakıya qarşı sanksiya tətbiq etmək istəyir?

Story Code : 1084391
Amerika Bakıya qarşı sanksiya tətbiq etmək istəyir?
Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikası ilə inteqrasiyasından sonra ABŞ Senatının rəsmisi deyir ki, Vaşinqton Bakıya qarşı “məqsədli sanksiyalar” tətbiq etməlidir.

Bu yaxınlarda Ermənistanda səfərdə olan ABŞ Senatının Daxili Təhlükəsizlik və Hökumət Məsələləri Komitəsinin sədri Qəri Piters Azərbaycan Respublikasına qarşı təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq, bu ölkəyə qarşı sanksiyaların tətbiqinə çağırıb.

Erməni xəbər agentliyi News AM-ın məlumatına görə, ABŞ Senatının bu rəsmisi dərc etdiyi bəyanatda deyib: Amerika “ermənilərin həyatını qorumaq” və “etnik təmizləmənin qarşısını almaq” üçün daha çox tədbirlər görməlidir. O bildirib ki, Vaşinqton Azərbaycan Respublikasına yardımı dayandırmalı və Əliyev rejiminə qarşı “məqsədli sanksiyalar” tətbiq etməlidir.