0
Sunday 23 October 2011 - 09:27

Ayətullah Məkarim Şirazi Azərbaycan haqda danışdı

Story Code : 108444
Ayətullah Məkarim Şirazi Azərbaycan haqda danışdı
Ayətullah Məkarim Şirazi Azərbaycan haqda danışdı
Müsəlman şiələrin təqlid mərcəli Ayətullah Məkarim Şirazi Qum şəhərində “Əzəm” məscidində keçirilən cümə namazı xütbələrində Azərbaycan Respublikasında islamofobiya hallarının artdığını əsas gətirərək, Bakı dövlət rəsmilərinə xəbərdarlıq edib: “Azərbaycan rəsmiləri region hadisələrindən ibrət almalıdırlar. Azərbaycan Respublikası əhalisi demək olar ki, şiə müsəlmanlarıdır. Amma bir müddətdir ki, Azərbaycan hökuməti məscidləri dağıdır və insanlara hücum edir”.

O, Azərbaycanda İslamla bağlı təqlid ədəbiyyatının - risalələrin yayılmasına da qadağa qoyulduğunu diqqətə çatdıraraq, deyib ki, son zamanlar məktəblilər və dövlət işçilərinin məscidlərə buraxılmaması haqda göstəriş verilib: “Sanki Bakı rəsmiləri qəflət yuxusundadırlar. Azərbaycanın imanlı xalqı bu vəziyyətin davam etməsinə icazə verməyəcək”.

Ayətullah onu da bildirib ki, imamların (ə) göstərişlərinə əməl etməmək, peyğəmbərin (s) göstərişlərinə əməl etməmək, peyğəmbərin (s) göstərişlərinə əməl etməmək isə Allaha itaət etməmək deməkdir
Source : Azəri.İrib
Comment