0
Saturday 30 September 2023 - 04:02

Niderlandda atışmada 3 nəfər ölüb

Story Code : 1084873
Niderlandda atışmada 3 nəfər ölüb
APA Sinxua agentliyinə istinadla xəbər verir ki, şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Yerli polisin məlumatına görə, 32 yaşlı şübhəli şəxs Erasmus Universitetinin tələbəsidir. Cümə axşamı günortadan sonra o, Rotterdamda bir evə soxularaq 39 yaşlı qadını güllələyərək öldürüb, 14 yaşlı qızını isə ağır yaralayıb, sonra o, xəstəxanada ölüb.

Daha sonra şübhəli şəxs Erasmus Universitetinin Tibb Mərkəzində atəş açıb və 43 yaşlı müəllimi öldürüb.

Cinayətkar tibb məntəqəsinin yaxınlığında yaxalanıb.
Comment