0
Saturday 30 September 2023 - 09:52

Ukrayna İran raketlərinin nə qədər ölümcül olduğundan danışdı

Story Code : 1084909
Ukrayna İran raketlərinin nə qədər ölümcül olduğundan danışdı
Ukraynalı hərbi ekspert Roman Svitan iddia edib ki, İran "Fateh-110" və "Zülfüqar" raketlərini Rusiyaya satarsa, Rusiya Ukraynanı bu raketlərlə viran qoya bilər.

Svita İranın yüksək dəqiqliyə malik, nöqtə atışı ilə məşhur olan raketlərinin qeyri-dəqiq olduğunu iddia edərək deyib ki, bu raketlər mülki binalara tuş gələ bilər.Bu da dəhşətli nəticələrə gətirib çıxara, yaşayış binalarını dağıda bilər. O Ukraynanın cəmi bir neçə həftə fürsətə sahib olduğunu bildirib.

Ukraynalı ekspert İran raketlərinin ballistik trayektoriya ilə uçduğuna və bu səbəbdən onların vurulmasının çətinliyinə diqqət çəkib:

"Onlar yüksək hündürlükdə uçurlar, sürətlənirlər və sonra yuxarıdan hədəfə doğru dalırlar. Lokatorlar bəzi mövqelərdə bunu görmürlər. Ballistik raketi vurmaq demək olar qeyri-mümkündür. Əlavə olaraq, İran raketlərinin sürəti olduqca yüksəkdir, yaxınlaşma vaxtı qısadır. Qanadlı raketlərin sürəti saatda 850-900 kilometr olduğu halda İran raketlərinin sürəti saatda 3000 kilometrə çatır. Bu raketlər bir neçə dəqiqəyə 300 kilometr qət edir..."
Comment