Stokholmda yaşayan iraqlı qaçqın Salvan Momika, daha əvvəl İsveçdə Qurani-Kərimi təhqir edərək iyrənc hərəkətlər etmişdi, bu dəfə isə bu şəxs Laurensburq meydanında Quranı yandırıb.
İsveçin “Barometer” qəzetinin xəbərinə görə, onun ətrafına 100-ə yaxın insan toplaşaraq bu azğın hərəkətə etiraz edib.
Lakin polis müqəddəslərin təhqirinə etiraz edən kütləyə hücum çəkərək onları oradan uzaqlaşdırmağa çalışıb.