0
Sunday 1 October 2023 - 18:39

Rusiyayönümlü partiya Slovakiyada qalib gəldi

Story Code : 1085258
Rusiyayönümlü partiya Slovakiyada qalib gəldi
Axar.az xəbər verir ki, bu barədə Slovakiya mətbuatı yazıb.

Məlumata görə, səslərin 99.5 faizi sayılıb və “Smer SD” partiyası 22.95 faiz səslə liderdir. Avropa Parlamentinin vitse-spikeri Mixal Şmeçin rəhbəri olduğu Proqressiv Slovakiya Partiyası 17.96, keçmiş baş nazir Peter Pelleqrininin Səs Partiyası isə 14.71 faiz səs toplayıb.

“Politiko” nəşrinin məlumatına görə, heç bir partiya tam üstünlük əldə edə bilmədiyi üçün təkbaşına hökumət qura bilməyəcək və koalisiya qurmaq üçün tərəfdaşlar tapmağa məcbur olacaq.

Seçkilərin yekun nəticələri bu gün elan olunacaq.

***

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində keçmiş baş nazir Robert Fitsonun rusiyayönümlü “Smer SD” partiyası qalib gəlib.

Seçkilərin yekun nəticəsi Seçkilər və Siyasi Partiyaların Maliyyələşdirilməsinə Nəzarət üzrə Dövlət Komissiyasının sədri Ladislav Oroz tərəfindən elan edib.

Onun sözlərinə görə, Robert Fitsonun partiyası 22.94 faiz toplayıb.
Comment