QR CodeQR Code

Ərdoğan təcili olaraq vana gedib

23 Oct 2011 20:02

IslamTimes - Türkiyənin Fövqəladə Hallar Şurası Van şəhərində toplanacaq


Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbul və Ankara proqramlarını təxirə salaraq, təcili olaraq Vana yola düşüb.Ərdoğanla birlikdə bəzi nazirlər və millət vəkilləri də Vana yollanıb.

Baş nazir müavini Bəşir Atalay isə “Bütün bölmələri hərəkətə keçirdik. Vanda böhran mərkəzi təşkil etdik. Dövlət bütün imkanlarını səfərbər edib”, - deyə bildirib.

Ölkənin fövqəladə hallar şurası Vanda toplanacaq.

Xatırladaq ki, Türkiyədə Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Van şəhərindən 30 km şərqdə qeydə alınıb. Zəlzələ nəticəsində Vanın mərkəzində yeddimərtəbəli bina uçub, qalıqlar altında insanlar var.


Story Code: 108648

News Link :
https://www.islamtimes.org/az/news/108648/ərdoğan-təcili-olaraq-vana-gedib

Islam Times
  https://www.islamtimes.org