0
Monday 24 October 2011 - 06:59

Türkiyədə ölənlərin sayının 1000 nəfər olduğu ehtimal edilir

Story Code : 108733
Türkiyədə ölənlərin sayının 1000 nəfər olduğu ehtimal edilir
Türkiyədə ölənlərin sayının 1000 nəfər olduğu ehtimal edilir
Türkiyədə güclü zəlzələ olub. APA-nın məlumatına görə, zəlzələ oktyabrın 23-də yerli vaxtla 15.41-də (Bakı vaxtı ilə 17.41) Van şəhərində qeydə alınıb.

Episentrdə zəlzələnin gücü 7,2 bal olub. İlkin məlumatlara görə, 500-1000 arası ölən, yüzlərlə yaralanan var. Xeyli insan isə dağıntılar altında qalıb. Rəsmi olaraq 138 nəfərin öldüyü təsdiqlənib. Onlarla tikili – yaşayış evləri, inzibati binalar, məktəblər dağılıb. Van aeroportu da ciddi ziyan çəkib.

Zəlzələ İranda, Azərbaycanda, Gürcüstanda da hiss olunub. Bundan başqa, oktyabrın 23-də Ermənistan ərazisində 5 bal gücündə zəlzələ qeydə alınıb. İlkin məlumatlara görə, itki və tikililərdə dağıntı yoxdur.

Lakin yeraltı təkanlar nəticəsində mobil rabitə sıradan çıxıb.
Comment