0
Tuesday 25 October 2011 - 23:12

Yaxın Şərqdə imperializm fitnələrinə xəbərdarlıq

Story Code : 109227
Yaxın Şərqdə imperializm fitnələrinə xəbərdarlıq
Yaxın Şərqdə imperializm fitnələrinə xəbərdarlıq
İRNA-nın məlumatına əsasən, Mahmud Əhmədinejad bu gün Bircənd şəhər əhalisi ilə görüşdə deyib: Amerika və onun müttəfiqləri hegemon siyasətləri səbəbinə bütün dünya xalqlarının təsəvvüründə ən nifrət edici bir sima qazanıblar. İndi isə onlar regionda ədalət, azadlıq və Rəsul Əkrəmin (s) yolu ilə addımlayan böyük inqilabların başladığını anlayıblar. Ona görə də maskalarını dəyişdirməklə xalqları öz yolundan çıxarmağa can atırlar.

Mahmud Əhmədinejad imperialistlərin illər uzunu Yaxın Şərq, Qərbi Asiya və Şimali Afrika ölkələrinin hərbi işğalı haqda cəhdləri barədə deyib: Onların bu xalqlar üçün heç bir əhəmiyyəti yoxdur və onlar məhvə doğru addımlayır.

İran prezidenti daha sonra deyib: Liviyada hər hansı bir imperialist təfəkkürün nüfuzu başqa xalqların da xeyrinə olmayacaq. Liviya xalqı vəhdət, birlik və müqavimətlə hər hansı əcnəbi qüvvənin müdaxiləsini rədd edib özləri ölkələrini idarə etməlidirlər.
Source : Azeri.Irib
Comment