QR CodeQR Code

Rusiya lideri Qərb dövlətlərini qınadı

Putin: Qəzzədə günahsız insanların öldürülməsinə haqq qazandırmaq olmaz

SaharTV , 31 Oct 2023 13:17

İslamtimes - Rusiya Prezidenti Vladimir Putin Dağıstanda oktyabrın 29-da baş verən iğtişaşlarla bağlı keçirdiyi müşavirədə bildirib ki, Qəzzədə yüz minlərlə günahsız vətəndaşın bombalanmasına heç nə haqq qazandıra bilməz.


Vladimir Putin deyib: “Yaxın Şərqdəki faciənin arxasında kimin dayandığını real qiymətləndirmək lazımdır. Bunlar ABŞ və onun sattelitləridir. ABŞ zəifləyir və mövqeyini itirir, amerikansayağı dünya keçmişdə qalır. Birləşmiş Ştatlar qlobal diktaturasını genişləndirmək istəyir. Bu istiqamətdə Ukrayna, Yaxın Şərq və dünyanın digər regionlarında baş verən münaqişələrin arxasında ABŞ-ın hakim elitaları və onların sattelitləri dayanır”.
Prezident söhbətinin davamında qeyd edib ki, Qərb Qəzzə zolağında atəşi dərhal dayandırmaq cəhdlərini rədd edir, hətta BMT-nin mövqeyinə belə qarşı çıxır.
 


Story Code: 1092400

News Link :
https://www.islamtimes.org/az/news/1092400/putin-qəzzədə-günahsız-insanların-öldürülməsinə-haqq-qazandırmaq-olmaz

Islam Times
  https://www.islamtimes.org