QR CodeQR Code

Həmas-ın siyasi bürosunun sədri İnqilab Rəhbəri ilə görüşüb

SaharTV , 6 Nov 2023 16:13

İslamtimes - Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri və onu müşayiət edən nümayəndə heyəti İslam İnqilabının Böyük Rəhbəri- Həzrət Ayətullahuluzma Xamenei ilə görüşüblər.


Həmas-ın siyasi bürosunun sədri- İsmayıl Həniyyə bu görüşdə son Qəzzə olayları, sionist rejimin Qəzzədəki cinayətləri, həmçinin qərb sahili hadisələri barədə məlumat verib.
İslam İnqilabının Böyük Rəhbəri də bu görüşdə bir daha Qəzzənin dayanıqlı əhalisinin müqaviməti və səbrini yüksək dəyərləndiriblər.
Bəzi Qərb ölkələri və Amerikanın birbaşa dəstəkləri ilə həyata keçən sionist rejimin cinayətlərindən son dərəcə təəssüf ifadə edən İnqilab Rəhbəri İran İslam Respublikasının sionist işğalçılar qarşısında Fələstin müqavimət qüvvələrini himayə istiqamətindəki həmişəki siyasətinə təkid ediblər.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin islami ölkələrin və beynəlxalq təşkilatların ciddi hərəkəti,/ həmçinin islami dövlətlərin Qəzzə əhalisinə hərtərəfli və real dəstək vermələri zərurətini vurğulayıblar.
 


Story Code: 1093763

News Link :
https://www.islamtimes.org/az/news/1093763/həmas-ın-siyasi-bürosunun-sədri-inqilab-rəhbəri-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org