QR CodeQR Code

İranlı alimlər xərçəngin hüceyrələrini yox edən dərman əldə ediblər

ANS PRESS , 26 Oct 2011 16:03

IslamTimes - İranlı alimlər əsrin ən bəlalı xəstəliklərindən olan xərçəng xəstəliyinə qarşı vaksin hazırlayıblar.


"Fars" xəbər agentliyinin məlumatına görə, İran Razi Aşı və Serum araşdırmaları institutunun rəhəri Abbas Zari ilan və əqrəb zəhərinin qarışımından yeni dərman əldə etdiklərini açıqlayıb. O, bir necə ildir aparılan tədqiqatların müsbət nəticələndiyini və xərçəngli hüceyrələrin yox edilməsində təsirli dərman ortaya çıxdığını deyib.

İranlı alim laboratoriya testlərindən uğurla keçən dərmanın insanlar üzərində sınaqdan keçirilməsi üçün Səhiyyə Nazirliyinin icazəsini gözlədiklərini qeyd edib.


Story Code: 109436

News Link :
https://www.islamtimes.org/az/news/109436/iranlı-alimlər-xərçəngin-hüceyrələrini-yox-edən-dərman-əldə-ediblər

Islam Times
  https://www.islamtimes.org