Türkiyə prezidenti sionist rejimin Qəzzada törətdiyi cinayətlərə toxunaraq deyib: İsrail terrorçu bir rejimdir və bu rejimin baş nazirinin sonu yaxındır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun iclasında deyib: İsrail Qəzzada "dövlət terroru" törədir və orada beynəlxalq hüququ pozur. "Açıq deyim ki, İsrail terrorçu rejimdir".
Ərdoğan çıxışının davamında sionist rejimin baş naziri Binyamin Netanyahudan bu rejimin nüvə arsenalını elan etməsini istəyib və ona müraciət edib: Hər halda, nüvə silahınız olub-olmamağınızdan asılı olmayaraq, sizin sonunuz yaxındır.