APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, XİN bununla bağlı bəyanat yayıb.
“Fələstin xalqına qarşı törətdikləri zülm və qırğınlarla tarixin qaranlıq səhifələrinə daxil olan İsrail rəsmilərinin qanundan danışmağa haqqı yoxdur. Həqiqətin dilə gətirilməsindən narahat olan Binyamin Netanyahu və Eli Koenin prezidentimizə atdığı əsassız böhtanlar öz cinayətlərini ört-basdır edə bilməyəcək”, - deyə qeyd olunub.
Bildirilib ki, İsrail hakimiyyəti bütün dünyanın gözü qarşısında xəstəxanaları bombalayaraq, qadın və uşaqları qətlə yetirməklə törətdikləri cinayətləri ört-basdır edə və diqqəti yayındıra bilməyəcək.
Xatırladaq ki, daha əvvəl B. Netanyahu “Ərdoğan İsraili terror dövləti adlandırır, lakin terror təşkilatı HƏMAS-ı dəstəkləyir. Türkiyə sərhədlərindəki türk kəndlərini bombaladl” deyə iddia irəli sürüb.