QR CodeQR Code

Qəzzafi belə dəfn olundu

27 Oct 2011 12:34

IslamTimes - Liviyanın sabiq diktatoru Müəmmar Qəzzafinin dəfn mərasimi çox gizli keçirilib və ərəb mediası ilə yanaşı, Qərbin kütləvi informasiya vasitələrində bu barədə məlumat həddən artıq azdır.


Lakin Birləşmiş Ərəb Əmirliklərinin "Əl Əlaan" telekanalı Liviya Milli Keçid Şurasının silahlı dəstələrindən birinin hərbçisinin mobil telefonla çəkdiyi görüntüləri əldə edib.

Milli.Az xəbər portalı Dubaydakı "Əl Əlaan"a istinadən bildirir ki, Müəmmar Qəzzafi, onun oğlu Mütəssim və Liviyanın sabiq müdafiə naziri Əbubəkr Yunis Liviya səhrasının qərbində, Əl Həruc əl Əsvadın yaxınlığındakı Əl Üvenaytın qərbindəki qayalıqların yanında basdırılıblar.

Onların cəsədləri kəfənə büküləndən sonra Misrata şəhərindən çıxarılaraq səhraya aparılıb.
Kəfənə bükülmüş cəsədlər yonulmamış taxtadan tez-tələsik hazırlanmış tabutlara qoyulub.

Qəzzafi dəfn olunmamışdan öncə onun yanında əmisi oğulları - Mənsur Dəho İbrahim və Əhməd İbrahim durmuşdular.

Liviya Milli Keçid Şurası bu səhər bəyan edib ki, Müəmmar və Mütəsim Qəzzafilərin dəfn olunduğu yer ölkə vətəndaşlarından gizli saxlanacaq. Lakin beynəlxalq təşkilatların nümayəndələri faktı təsdiqləmək üçün məzarların olduğu yerə aparılaraq, hər şeyi öz gözləri ilə görə bilərlər.


Story Code: 109659

News Link :
https://www.islamtimes.org/az/news/109659/qəzzafi-belə-dəfn-olundu

Islam Times
  https://www.islamtimes.org